Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

17.09.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Berlin, 17 sentyabr, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, Almaniya hökumətinin mətbuat xidmətinin məlumatında liderlərin Ukraynada müharibənin başa çatdırılması istiqamətində atılacaq növbəti addımlar barədə fikir mübadiləsi apardıqları bildirilib. Məlumata əsasən, Almaniya Kansleri Konqres tərəfindən Qrehem sanksiyalar qanununun qəbul edilməsini yüksək qiymətləndirib.

Söhbət zamanı Hörmüz boğazı və Qırmızı dənizdəki vəziyyət də müzakirə olunub. Tərəflər hər iki su yolunun qısa müddətdə açılmasının zəruriliyini vurğulayıblar.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью