Статья не опубликована
Almaniya kansleri vəzifəsinə namizəd Merz Kiyevdə səfərdədir | Icma.az

Almaniya kansleri vəzifəsinə namizəd Merz Kiyevdə səfərdədir

09.12.2024

Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniya kansleri vəzifəsinə namizəd, Xristian Demokrat İttifaqının (XDİ) rəhbəri Fridrix Merz Kiyevdə səfərdədir.

Bild bu barədə məlumat yayıb.

“Mən Ukrayna hökumətini və Ukrayna xalqını XDİ parlament qrupunun qətiyyətlə onların tərəfində olduğuna inandırmaq üçün Kiyevə gəldim. Biz istəyirik ki, münaqişə mümkün qədər tez bitsin”, – deyə o, bildirib.

Materialda bildirib ki, siyasətçinin səfəri Almaniya kansleri Olaf Şolzun Kiyevə rəsmi səfərindən cəmi bir həftə sonra baş verir.

Mövsüm

Aznews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью