Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Almaniya kansleri Fridrix Merts oktyabr ayında Baş nazir Sanae Takaiçi ilə danışıqlar aparmaq üçün Yaponiyaya səfər etməyi planlaşdırır.
Bu barədə “Yomiuri” qəzeti özəl mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, danışıqlarda müdafiə sənayesi və iqtisadi təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunacaq. Görüşün gündəliyinə hərbi dronların birgə istehsalı məsələsi də daxil ola bilər. Bu məqsədlə səfər zamanı Mertsi hərbi-sənaye şirkətləri də daxil olmaqla, Almaniya biznes dairələrinin aparıcı nümayəndələrinin müşayiət edəcəyi deyilir.
XQ