Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya kansleri Fridrix Merts təhlükəsizlik orqanlarının Almaniyadakı yəhudi və İsrail müəssisələrinin təhlükəsizliyinin gücləndiriləcəyini bildirib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
"Biz hər iki tərəfi bütün regionda vəziyyətin daha da gərginləşməsinə və sabitliyin pozulmasına gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırırıq. Biz öz fəaliyyətlərimizi tərəfdaşlarımızla yaxından koordinasiya edirik", - deyə o qeyd edib.
Kanslerin sözlərinə görə, Almaniya Berlinin sərəncamında olan bütün diplomatik vasitələrdən istifadə etməklə münaqişə tərəflərinə təsir göstərməyə hazırdır.