Almaniya kanslerindən Trampa: Sərhədlər zorla dəyişdirilməməlidir

09.01.2025

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Olaf Şolz Trampın iddialarına etiraz edib.

Turkustan.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz ABŞ-ın 47-ci prezidenti Donald Trampın Kanada, Qrenlandiya və Panama ilə bağlı iddialarından narahat olduğunu bildirib.

O, X sosial şəbəkəsində verdiyi açıqlamada, "Sərhədlər zorla dəyişdirilməməlidir. Bu istər Qərbdə, istərsə də Şərqdə bütün ölkələr üçün keçərli olmalıdır. Avropalı tərəfdaşlarımızla söhbətlərimizdə ABŞ-dan gələn ritorika bizi narahat edir. Aydındır ki, biz birlik olub, dik durmalıyıq" - deyə, bildirib.

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində şiddət tətbiq edərək sərhədlərin dəyişdirilməməsi prinsipini pozduğunu bildirən Şolz, "Bunu bir dönüş nöqtəsi kimi qiymətləndirdim. Çünki müharibə Avropanın ürəyinə qayıtdı" dedi.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью