Almaniya kəşfiyyatının yeni rəhbəri

11.06.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya kəşfiyyatının yeni rəhbəri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Der Spiegel" qəzeti məlumat yayıb.

Belə ki, Almaniya kansleri Fridrix Merz Almaniyanın Kiyevdəki hazırkı səfiri Martin Yagerin Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) yeni rəhbəri təyin edilməsi barədə göstəriş verib.

Qeyd olunub ki, Almaniya hökuməti hələ ki, bu kadr dəyişikliyini rəsmən təsdiq etməyib.

Bununla belə, "Spiegel"in məlumatına görə, təyinatla bağlı qərar bir müddət əvvəl verilib.

BND-nin hazırkı rəhbəri Bruno Kahl Almaniyanın Vatikandakı səfiri olacağı bildirilib.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью