Almaniya Kiyevə “Patriot” və “Gepard” qurğularını verəcək

02.12.2024

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya artıq dekabrda Ukraynaya “Patriot” raket-buraxılış və “Gepard” özüyeriyən zenit qurğuları verəcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dekabrda Ukraynaya, həmçinin təchizatı artıq elan edilmiş iki ədəd “IRIS-T” hava hücumundan müdafiə sistemi də veriləcək.

Şolts qeyd edib ki, 2025-ci ildə də Ukraynaya yeni silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, haubitsalar, hücum və kəşfiyyat pilotsuz uçuş aparatları, artilleriya mərmiləri, həmçinin 6 ədəd “Sea King” helikopteri də veriləcək.

Daha əvvəl Şolts son 2 ildə ilk dəfə Kiyevə elan olunmamış səfərlə gəlib. O, “X” sosial şəbəkəsində yazıb ki, dekabrda Berlinin Ukraynaya 650 milyon avro dəyərində silah tədarük etmək planları barədə Zelenskiyə məlumat verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью