Almaniya klubları Mbappe ilə maraqlanıb

08.09.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Real”ın futbolçusu Kilian Mbbape karyerasının erkən dönəmlərində onunla maraqlanan klubları açıqlayıb.

Futbolpress.az xəbər verir ki, fransalı hücumçu “Bild” nəşrinə açıqlamasında Dortmund “Borussiya”sı və “Leypsiq”in onu transfer etmək istədiyini deyib:

“Monako”da gənc vaxtlarımda “Borussiya və “Leypsiq” mənimlə maraqlanırdı. Onlardan əlavə, “Bayer”in də marağının olduğnu eşitmişdim. Bildiklərim bu klublar idi. İndi isə hamı mənimlə maraqlanır, lakin artıq gecdir”.

Mappe “Real”dan öncə “Monako” və PSJ-də forma geyinib. 26 yaşlı hücumçunun “transfermarkt”da dəyəri 180 milyon avrodur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью