Almaniya klubu 39 yaşlı hücumçu ilə anlaşdı

22.01.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniya klubu 39 yaşlı hücumçu ilə anlaşdı

Almaniyanın köklü klublarından olan "Şalke" hücum xəttini ulduz futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, Gelzenkirxen təmsilçisinin yaydığı məlumata görə, klub bosniyalı futbolçu Edin Dzekonu heyətinə qatıb.

39 yaşlı hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Təcrübəli futbolçu yeni klubunda 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Mançester Siti"dəki parlaq çıxışı və qazandığı İngiltərə çempionluğu ilə adını tarixə yazdıran Dzeko son illərdə də məhsuldarlığı ilə seçilib. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla keçirdiyi 18 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xatırladaq ki, ulduz futbolçu son illərdə 2024/2025 mövsümündə Türkiyənin "Fənərbaxça" klubunda nümayiş etdirdiyi oyunla yadda qalıb (37 oyun, 14 qol, 4 ötürmə). 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью