Almaniya klubu Atletiko dan 25 milyon avro tələb edir

20.06.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Atletiko" "Bayer"in müdafiəçisi Alexandro Qrimaldonu transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi ispaniiyalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Almaniya klubu 30 yaşlı sol cinah müdafiəçisi üçün bonularla birlikdə 25 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Alexandro Qrimaldo 2025/26 mövsümündə "Bayer"in heyətində bütün turnirlərdə meydana çıxdığı 46 rəsmi matçda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya millisinin üzvünün Leverkuzen təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью