futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Münhenqladbax “Borussiya”sı heyətindəki gənc ulduzu komandada saxlamaq üçün hərəkətə keçib.
Futbolpress.az xəbər verir ki, “Bavariya” və Avropanın digər nəhənglərinin maraq dairəsində olan 17 yaşlı Vael Mohyaya yeni müqavilə təklif olunacaq. Hazırkı sözləşməsi 2028-ci ilə qədər qüvvədə olan və təzminat bəndi olmayan istedadlı futbolçu üçün klub yeni şərtlər müzakirə etməyə hazırdır.
Münhenqladbax təmsilçisi gələcəkdə mümkün ayrılıq baş verərsə, Qranit Cakanın 2016-cı ildə “Arsenal”a keçidi zamanı qeydə alınan 45 milyon avroluq klub rekordunu yenməyi hədəfləyir.