Almaniya klubu Nkunkuya görə Milan la danışıqlara başlayıb

10.11.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Leipziq" hücumçu Kristofer Nkunkuya görə "Milan"a təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Almaniya təmsilçisi futbolçunu bir illik icarəyə götürmək, daha sonra isə 35 milyon avro qarşılığında transfer etmək niyyətindədir.

Nkunku artıq Almaniya klubu ilə şəxsi şərtlər barədə razılığa gəlib. Əgər klub oyunçunu daimi transfer etmək hüququndan istifadə edərsə, o, 2031-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayacaq.

Daha əvvəl verilən məlumata görə, "Leipziq"lə yanaşı, Dortmund "Borussiya"sı və "Nyukasl Yunayted" də Nkunkuya maraq göstəriblər.

Qeyd edək ki, Nkunku ötən ilin avqustunda 37 milyon avro qarşılığında "Çelsi"dən "Milan"a keçib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью