Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Almaniyanın "Borussiya" (Dortmund) klubu iki mövsümdür izlədiyi "Qalatasaray"ın futbolçusu Yunus Akgün üçün qış transfer pəncərəsində rəsmi təklif irəli sürməyə hazırlaşır.
“Yeni Sabah” xəbər verir ki, Dortmund təmsilçisi türk cinah oyunçusunu heyətinə cəlb etmək məqsədilə üç fərqli ssenarini dəyərləndirir. Bu variantlar arasında 25 milyon avro məbləğində birdəfəlik ödəniş, Marsel Zabitserin daxil olduğu mübadilə əməliyyatı, eləcə də 35 milyon avro məcburi satınalma bəndi ilə birillik icarə müqaviləsi yer alır.
Qeyd olunur ki, "Borussiya" rəhbərliyi sözügedən keçidi başa çatdırmaq üçün tələb olunan maliyyə vəsaitini ayırmağa hazırdır və qış bazarında fəal addımlar atmağı planlaşdırır. İnternet mağaza