Almaniya klubu qolkiperini itirdi

01.04.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Şalke”nin qapıçısı Lorius Karius ciddi zədə alıb.

Futbolpress.az xəbər verir ki, qolkiper sol baldırında əzələ zədəsi səbəbilə mövsümü bitirib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

31 yaşlı qapıçı bu ilin yanvarında “Şalke”yə keçmişdi. O, II Bundesliqada 4 oyunda 5 qol buraxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью