Almaniya klubu türk hücumçunu geri qaytardı

03.01.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Hoffenhaym" icarə əsasında Avstriyanın "Şturm Qrats" klubunda çıxış edən Erencan Yardımcını geri qaytarıb.

Sportal.az xəbər verir ki, Bundesliqa klubu türk hücumçudan mövsümün ikinci yarısında faydalanacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı forvard artıq Almaniyaya qayıdıb və komandasının düşərgəsinə qoşulub.

Qeyd edək ki, "Hoffenhaym" Erencan Yardımcını mövsümün əvvəlində "Eyüpspor"dan transfer edib. "Şturm Qrats"a icarəyə vermişdi. Türkiyə U-21 millisinin üzvü Avstriya təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью