Almaniya klubunun 22 yaşlı futbolçusu evində ölü tapılıb

06.01.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın V Liqasında çıxış edən "Roytlinqen" klubunun 22 yaşlı futbolçusu Luka Mayksner evində ölü tapılıb.

"Report" "The Sun"a istinadən xəbər verir ki, yarımmüdafiəçi Yeni il ərəfəsində vəfat edib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Luka Mayksner 2021-ci ildə "Roytlinqen" kollektivinin heyətində debüt edib. Bu müddət ərzində o, 100 qarşılaşma keçirib və 6 qol vurub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью