Almaniya klubunun yeni transferi: “Azərbaycanı layiqincə təmsil edəcək və gözəl uğurlara imza atacağam“

25.01.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Almaniyanın "Hamburq" klubuna transfer olunan qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevə ölkəni layiqincə təmsil edəcəyinə və böyük uğurlara imza atacağına inanır.

Moderator.az xəbər verir ki, 23 yaşlı müdafiəçi bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

O, gələcək hədəflərindən söz açıb:

"Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacağam. "Hamburq" tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam. Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəyəm və gözəl uğurlara imza atacağam".

Qeyd edək ki, Nigar Mirzəliyeva son olaraq Rusiyanın "Zenit" komandasında çıxış edib. O, ötən gün "Hamburq"la 2,5 illik müqavilə imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью