Almaniya kuboku: 2001 ci ildən sonra İLK DƏFƏ

02.04.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Almaniya 3-cü Liqasının təmsilçisi 2001-ci ildən sonra ilk dəfə ölkə kubokunun finalına çıxıb.

İdman.biz xəbər verir ki, 24 il əvvəl bunu bacaran "Union" həlledici görüşdə "Şalke"yə uduzmuşdu (0:2).

Hazırkı Almaniya kubokunun yarımfinalında "Bayer"i 2:1 hesabı ilə məğlub edən Almaniyanın 3-cü Liqa təmsilçisi “Arminia” isə finalda “Ştutqart” – “Leypsiq” cütünün qalibi ilə qarşılaşacaq.

Bundan başqa, ilk dəfə birinci və ya ikinci diviziondan olmayan bir komanda Bundesliqanın dörd təmsilçisini yarışdan kənarlaşdırmaqla tarixi nailiyyətə imza atıb. “Arminia” yarımfinaladək ikinci mərhələdə “Union”a (2:0), 1/8 finalda “Frayburq”a (3:1), 1/4 finalda isə “Verder”ə (2:1) qalib gəlib.

Qeyd edək ki, Bielefeld klubunun ən yüksək nailiyyətləri sonuncu dəfə 2021/22 mövsümündə çıxış etdiyi Bundesliqada iki dəfə 8-ci yeri tutmaq (1982/83, 1983/84) və indi ilk dəfə Almaniya kubokunun finalına yüksəlmək olub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью