Almaniya Kuboku: Ayntraxt 1/8 finalda dayandı

05.12.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

Almaniya kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün son 4 görüş reallaşıb.

“Köln” “Herta”ı, “Volfsburq” “Hoffenhaym”ı, “Leyptsiq” isə “Ayntraxt”ı mübarizədən kənarlaşdıraraq 1/4 finala adlayıb. “Karlsrue” - "Auqsburq" qarşılaşması daha dramatik alınıb. Əsas və əlavə vaxtı bərabərliklə bitən qarşılaşmanın taleyini penalti seriyası müəyyənləşdirib. Daha dəqiq olan "Auqsburq"  istəyinə çatıb.

Daha öncə “Arminiya”, “Ştutqart”, “Bayer Leverkuzen” və “Verder” də növbəti mərhələyə yüksəlmişdilər.

Almaniya kuboku
1/8 final
4 dekabr

Köln – Herta 2:1
Qollar: Nyederlexner, 30-öz qapısına. Lyubiçiç, 120+1-pen – Maza, 12-pen.

Volfsburq – Hoffenhaym 3:0
Qollar: Vavro, 63. Vind, 67. Gerhardt, 85.

Karlsrue – Auqsburq 2:2 (penaltilər 4:5)
Qollar: Şleyzener, 54. Vanitsek, 111 – Essende, 40. Varqas, 120+3.

Leyptsiq – Ayntraxt 3:0
Qollar: Şeşko, 31. Openda, 50; 58.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью