Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya Litvada yerləşən NATO briqadasında yaranan kadr çatışmazlığını aradan qaldırmaq üçün ölkəyə məcburi qaydada təxminən 1000 hərbçi göndərməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, Almaniyanın müdafiə naziri Boris Pistorius könüllü hərbçilərin sayının briqadanın tələbatını qarşılamaq üçün kifayət etməməsi səbəbindən məcburi yerləşdirməyə göstəriş verəcək.
İlk məcburi yerləşdirmələrin bu payızda başlanacağı gözlənilir. Planın təxminən 1000 hərbçini əhatə edəcəyi bildirilir.
Almaniya NATO-nun şərq cinahını gücləndirmək və Avropanın müdafiəsində daha böyük məsuliyyət daşımaq strategiyası çərçivəsində Litvada daimi briqada yerləşdirir.
Aytən Yaşar/ Turkustan.az