Almaniya məsləhətləşmələr aparmaq üçün Gürcüstandakı səfirini geri çağırıb

19.10.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Berlin, 19 oktyabr, AZƏRTAC

Almaniya Xarici İşlər Nazirliyi Gürcüstandakı səfiri Peter Fişeri məsləhətləşmələr üçün geri çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin X platformasındakı rəsmi səhifəsində bildirilib.

Məlumatda Almaniya Xarici İşlər Nazirliyinin Gürcüstan ilə münasibətlərdə bundan sonrakı addımları müzakirə etmək məqsədilə məsləhətləşmələr aparmaq üçün səfir Peter Fişeri geri çağırmaq qərarına gəldiyi qeyd olunub.

Bundan başqa, sabah Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının toplantısının gündəliyinə Gürcüstanla bağlı məsələnin də daxil edəcəyi vurğulanıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью