Almaniya millisi baş məşqçisi ilə müqavilə müddətini uzatmağı düşünür

21.11.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Almaniya millisi baş məşqçisi Yulian Naqelsmannla müqavilə müddətini uzatmağı düşünür.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssisin hazırkı sözləşməsinin müddəti 2026-cı ildə başa çatacaq.

Bununla belə, Bundestim 37 yaşlı çalışdırıcı ilə daha 2 illik müqavilə bağlamağı düşünür.

Qeyd edək ki, Almaniya millisi Y.Naqelsmannın rəhbərliyi altında meydana çıxdığı 19 oyunda 11 qələbə qazanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью