Almaniya millisi ilə vidalaşdı

21.09.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniya millisi ilə vidalaşdı

“Brayton”un yarımmüdafiəçisi Paskal Qross Almaniya millisindəki karyerasını başa vurub.

QOL.az xəbər verir ki, 35 yaşlı futbolçu bu qərarını İngiltərə Premyer Liqasının 6-cı turunda “Arsenal”la matçdan (3:0) sonra açıqlayıb. Qross həmin görüşdə komandasının qələbəsinə qol vurmaqla töhfə verib.

“Mən artıq karyeramı başa vurmuşam. Mənim üçün hər şey dünya çempionatından sonra bitdi. Düşünürəm ki, yeni nəslə uğurlar arzulamağın vaxtıdır”, - deyə o bildirib.

Qross Almaniya millisində debütünü 9 sentyabr 2023-cü ildə Yaponiya ilə yoldaşlıq görüşündə edib. Həmin vaxt onun 32 yaşı olub. Almaniya həmin qarşılaşmada 1:4 hesabı ilə məğlub olub. Komandanın baş məşqçisi isə Hans-Diter Flik olub.

Ümumilikdə Qross Almaniya millisinin heyətində 19 oyun keçirib və 1 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью