Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya millisində debüt etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Bavariya”nın futbolçusu Lenart Karl Almaniya millisində debüt edib.
QOL.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi yığmanın İsveçrə ilə keçirdiyi yoldaşlıq oyununda ilk dəfə əsas komandada forma geyinib. Qarşılaşma “Sankt-Yakob Park” stadionunda baş tutub və Almaniya millisi 4:3 hesablı qələbə qazanıb.
Karl oyuna ikinci hissədə qoşulub. O, 63-cü dəqiqədə Leroy Saneni əvəzləyib. Həmin anda Almaniya yığması hesabda 3:2 öndə idi.
Qeyd edək ki, Lenart Karl cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.