Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Basketbol üzrə Almaniya millisinin baş məşqçisi Aleks Mumbru Avropa çempionatı öncəsi kəskin infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə milli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Mumbru avqustun 25-də xəstəxanaya yerləşdirilib və nə vaxt tam sağalacağı məlum deyil. Yığma müvəqqəti olaraq köməkçi məşqçi Alan İbraqimaqiçə tapşırılıb.
Qeyd edək ki, Almaniya seçməsi Avropa çempionatında ilk oyununu avqustun 27-də Monteneqroya qarşı keçirəcək. Turnir Kipr, Finlandiya, Polşa və Latviyada keçiriləcək və sentyabrın 14-də başa çatacaq.
"Cebheinfo.az"