Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya millisinin ən yaşlısı oldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Kyurasao ilə oyunda start heyətdə meydana çıxıb.
QOL.az xəbər verir ki, nəticədə o, Avropa və dünya çempionatlarında oynamış ən yaşlı almaniyalı futbolçu olub. Bu barədə "Opta Sport" məlumat verib.
Hazırda Noyer 40 yaş 79 günlükdür. Bundan əvvəl, milli komandanın böyük turnirlərdə ən yaşlı oyunçusu 39 yaş 91 günlüyündə Avro 2000-də Portuqaliya komandasına qarşı oyunda iştirak edən Lotar Matteus idi.