Almaniya millisinin futbolçusu Liverpula keçə bilər

09.01.2025

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniya millisinin futbolçusu Yozua Kimmix İngiltərənin "Liverpul" klubuna keçə bilər.

Manset.az xəbər verir ki, bu barədə məşhur "Bild" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi İspaniyanın "Real Sosyedad" komandasında çıxış edən Martin Subimendini ala bilmədiyi üçün diqqətini Kimmixə yönəldib.

"Bavariya"da çıxış edən almaniyalı oyunçunun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Yozua Kimmix cari mövsüm Bundesliqadakı bütün matçlarda iştirak edib, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью