Almaniya millisinin oyunlarını buraxacaq

25.09.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Almaniya millisinin oyunlarını buraxacaq

Kay Haverts zədə səbəbindən Almaniya millisinin düşərgəsini tərk edib.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Devid Ornşteyn məlumat yayıb.

27 yaşlı hücumçu Millətlər Liqasının Niderlanda qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan oyununda zədələnib. O, qarşılaşmanın 30-cu dəqiqəsində əvəzlənib. Havertsin budunun arxa əzələsində zədələ aşkarlanıb.

Beləliklə, futbolçu “Arsenal”a qayıdacaq və müalicə-bərpa prosesini orada davam etdirəcək.

Almaniya millisi növbəti oyunlarını sentyabrın 27-də Yunanıstana, oktyabrın 1-də Serbiyaya və oktyabrın 4-də yenidən Yunanıstana qarşı keçirəcək.

“Arsenal” isə Premyer Liqada növbəti matçını oktyabrın 10-da “Lids”ə qarşı keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью