Almaniya millisinin üzvü Barselona ya doğru

14.02.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Almaniya millisinin və "Bayer"in (Leverkuzen) müdafiəçisi Conatan Tah İspaniyaya yollana bilər.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Barselona"nın maraq dairəsindədir.

Artıq tərəflər arasında danışıqlar da başlayıb. Tah yeni sezondan "Barsa"da oynamaq niyyətindədir.

Conatan bu sezon 33 matçda iştirak edib, 2 qol vurub və 1 asist edib. O, 2015-ci ildən "Bayer"də oynayır və bu klubla müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Conatan əvvəllər "Hamburq", "Fortuna"(Düsseldorf) klublarının formasını geyinib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью