Almaniya NATO nu gücləndirmək üçün Litvaya 5 min hərbçi göndərəcək

02.04.2025

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Politico” yazır ki, Almaniya NATO-nun şərq cinahını gücləndirmək strategiyasının bir hissəsi kimi Litvada 5 min hərbçi yerləşdirməyi planlaşdırır.

Jurnal briqada generalı Kristof Huberdən sitat gətirir: “Bizim aydın missiyamız var: NATO-nun şərq cinahında Litvalı müttəfiqlərimizin müdafiəsini, azadlığını və təhlükəsizliyini təmin etmək”.

Bundan əlavə, alman ordusu bu tədbirin Almaniyanın təhlükəsizliyini gücləndirəcəyinə inanır.

Kontingentin yerləşdirilməsinin 2027-ci ilə qədər başa çatdırılması planlaşdırılır və dəstə Litva paytaxtından 30 km aralıda yerləşdiriləcək.

Finlandiya prezidenti Aleksandr Stubb bundan əvvəl NATO-nun Baltik dənizində mövcudluğunu artıracağını bildirmişdi.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью