Almaniya nəhəngi bərbad nəticələrə görə günah keçisi tapdı

09.02.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Bu mövsüm Almaniya Bundesliqasında uğursuz nəticələri ilə diqqət çəkən Dortmund "Borussiya"sında növbəti ayrılıq reallaşıb. 

News24.az xəbər verir ki, bir müddət əvvəl baş məşqçi postunda türk Nuri Şahini xorvat Niko Kovaçla əvəzləyən "arılar" Sven Mislintatı texniki direktor vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib. 

Məlumatı klubun rəsmi saytı yayıb. 

Mislintat 2024-cü ilin may ayından bu vəzifədə çalışırdı. 52 yaşlı mütəxəssis kluba bir çox istedadlı futbolçuları cəlb edən skaut kimi ad çıxarıb.

"Borussiya" bu mövsüm 20 turdan sonra 29 xalla 11-ci yerdə qərarlaşıb. Dortmundlular lider "Bayern Münhen"dən 22 xal geri qalır. /fanat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью