Almaniya nəhəngi Elvini transfer etmək istəyir 15 milyon avro

23.01.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

UEFA Çempionlar Liqasındakı çıxışı ilə Avropa klublarının diqqət mərkəzinə düşən Elvin Cəfərquliyevin karyerasında ciddi dönüş yaşana bilər. "Ayntraxt"la oyunda nümayiş etdirdiyi inamlı və baxımlı futbol 24 yaşlı müdafiəçiyə marağı xeyli artırıb.

BAKU.WS-in məlumatına görə, Almaniya Bundesliqasının aparıcı klublarından olan "Bayer" Leverkuzen də Elvin Cəfərquliyevi transfer siyahısına daxil edib.

Klub rəhbərliyinin yay transfer pəncərəsində azərbaycanlı futbolçunu heyətinə qatmaq niyyətində olduğu bildirilir. Leverkuzen təmsilçisi Elvini, yayda "Barselona"ya satılması gözlənilən Alixandro Qrimaldonun potensial əvəzləyicisi kimi görür.

Qeyd olunur ki, Kataloniya klubunun idman direktoru Deku Qrimaldonu yayda yenidən "Barselona"ya qaytarmaq niyyətini artıq açıqlayıb. Hazırda transfer dəyəri 25 milyon avro olan ispaniyalı futbolçunun Leverkuzen tərəfindən 40 milyon avroya satılması planlaşdırılır və alman klubu bu təklifə müsbət yanaşır.

"Bayer" rəhbərliyi Qrimaldonun gedişindən sonra yaranacaq boşluğu Çempionlar Liqasında özünü yaxşı tərəfdən göstərən Elvin Cəfərquliyevlə doldurmağı düşünür. Xüsusilə Elvinin ötən mövsüm məhz Leverkuzenə qarşı keçirdiyi oyundakı performansı klub rəsmilərinin yaddaşında qalıb.

Məlumata görə, "Bayer" Leverkuzen Elvin Cəfərquliyevin transferi üçün 10-15 milyon avro civarında büdcə ayırmağa hazırdır. Hazırda "Qarabağ"ın formasını geyinən futbolçunun klubla müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir və bazar dəyəri 1,5 milyon avro olaraq göstərilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью