Almaniya nəhəngi FİFA dan 7,5 milyon təzminat alacaq

29.03.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bavariya" müdafiəçisi Alfonso Devisin zədəsinə görə FİFA-dan təzminat alacaq. Sport24.az xəbər verir ki, kanadalı KONKAKAF Millətlər Liqasında 3-cü yer uğrunda görüşdə ABŞ-a qarşı oynayarkən dizinin çarpaz bağı yırtılmışdı.

SPORT1-in verdiyi məlumata görə, FİFA-nın futbolçunun millidə aldığı zədəyə görə kluba ödəyə biləcəyi maksimum təzminat 7,5 milyon avro təşkil edir. Kompensasiyanın məbləği oyunçunun maaşından və sıradan çıxdığı müddətdən asılıdır.

Qeyd edək ki, Devis martın 26-da sağ dizindən əməliyyat olunub. Onun, ən yaxşı halda 6 aydan sonra yaşıl meydana dönəcəyi ehtimal olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью