Almaniya nəhəngi idman direktorunun işindən razı deyil

02.04.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Bavariya” rəhbərliyi idman direktorunu dəyişə biləcəklərini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, hazırda bu vəzifəni Maks Eberl tutur.

“Sky Sports”un məlumatına görə, məşqçi tapmaqda çətinliklər və bəzi müqavilələrin yenilənməsi ilə bağlı şişirdilmiş qiymətlərlə yanaşı, klub, Maksın transfer bazarındakı işindən də narazıdır.

Eberlin klubla hazırkı müqaviləsi 2027-ci ildə başa çatır, lakin müqaviləyə vaxtından əvvəl xitam verilməsi ehtimalı istisna edilmir. Bu vəzifəyə “Ştutqart” və Almaniya yığmasının sabiq futbolçusu Mario Qomez, “Ayntraxt”ın baş direktoru Markus Kroşe və Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnikin namizəd olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью