Almaniya niyə NATO dan çıxmalıdır?

28.11.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Almaniyanın Ağıl və Ədalət Alyansı (BSW) Partiya­sının xarici siyasət üzrə eksperti Sevim Dağdelen ölkəsi­nin NATO-dan dərhal çıxmasını təklif edib. Bu barədə o, “NachDenkSeiten” nəşrində dərc olunan məqaləsində ya­zıb. Dağdelen Almaniyanın mövcud siyasətinin Rusiyaya qarşı hərbi qarşıdurma riskini artırdığını iddia edib. Onun fikrincə, Şimali Atlantika Alyansı Ukraynadakı proksi mü­haribəsini Rusiya ilə açıq hərbi münaqişəyə çevirmək niy­yətindədir: “Onlar müharibəyə daha bir ölkəni cəlb etmək istəyirlər. Bu ölkə də Almaniyadır. Təklif edirəm ki, təcili olaraq ölkəmiz NATO-dan ayrılsın”.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью