525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya Silahlı Qüvvələrində əsgərlərin sayı 186 700 nəfərə çatıb.
525.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, ordudakı əsgərlərin sayı 2026-cı il üçün müəyyən edilmiş 186 000-190 000 hədəfinə uyğun olaraq 186 700 nəfərə çatıb.
Bununla da, Almaniya ordusundakı əsgərlərin sayı son 13 ildə ən yüksək səviyyəyə çatıb.
Ölkədə hərbi xidmətə yeni çağırılanların sayı da artıb. İyul ayında təxminən 47 300 nəfər hərbi xidmətə müraciət edib və onlardan 15 400 nəfəri orduya qoşulub.
2026-cı ilin əvvəlində Almaniyada qüvvəyə minən yeni hərbi xidmət qaydası ilə çağırış sistemi könüllü əsaslarla davam edir.
Hökumət 2035-ci ilə qədər əsgər sayını 255 000 - 270 000-ə çatdırmağı planlaşdırır.
İbrahim Cəfərov