Almaniya Orta Dəhlizin inkişafını prioritet hesab edir

18.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Almaniya və Avropa İttifaqı qarşıdakı illərdə siyasi və iqtisadi tərəfdaşlıqların genişləndirilməsinə, eləcə də Orta Dəhliz kimi nəqliyyat marşrutlarının inkişafına xüsusi diqqət yetirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, qeyri-sabitlik və qeyri-müəyyənliyin artdığı hazırkı dövrdə Almaniya və Avropa İttifaqı üçün yeni siyasi və iqtisadi tərəfdaşların tapılması əsas məqsədlərdəndir.

O, bu istiqamətdə müvafiq sazişlərin irəli aparıldığını və tərəfdaşlarla əlaqələrin gücləndirilməsi üçün infrastrukturun inkişaf etdirildiyini vurğulayıb.

Y.Vadefulun sözlərinə görə, Orta Dəhliz maraqlı tərəfdaşlarla əlaqələrin genişləndirilməsi baxımından mühüm imkanlar yaradır.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью