Almaniya Polşada Patriot raketdən müdafiə sistemini yerləşdirəcək

28.11.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Almaniya Polşada yenidən Amerikanın “Patriot” raket hücumundan müdafiə sistemini müvəqqəti yerləşdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DPA agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, sistem Polşanın cənub-şərqindəki Rzeşov şəhəri ərazisində yerləşdiriləcək.

“Patriot”un yerləşdirilməsi 2025-ci ilin yanvarında başlayacaq.

DPA qeyd edib ki, Rzeşovda böyük logistik əhəmiyyətə malik hava limanı var və onun vasitəsilə Ukraynaya hərbi məhsulların daşınması həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью