Almaniya Polşanın hava məkanının gücləndirilməsində iştirakını artırır

11.09.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Berlin, 11 sentyabr, AZƏRTAC

Rusiyaya məxsus dronların Polşanın hava məkanını pozmasına cavab olaraq, Almaniya NATO-nun şərq sərhədinin müdafiəsində iştirakını gücləndirir.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, bu barədə hökumət sözçüsü Stefan Kornelius məlumat verib. O bildirib ki, Almaniyanın qırıcı təyyarələri ilə Polşa üzərində hava məkanına nəzarət genişləndiriləcək.

Hazırda Bundesver Polşa üzərində nəzarət əməliyyatına Rostok-Laaqe bazasında yerləşdirilmiş iki “Eurofighter” qırıcısı ilə qatılır. Müdafiə Nazirliyi bu sayın dördə çatdırılacağını açıqlayıb. Həmçinin sentyabrın 30-dək planlaşdırılan missiya dekabrın 31-dək uzadılacaq.

Almaniyanın Ukraynaya dəstəyini də gücləndirəcəyini bildirən S.Kornelius bununla bağlı detalları açıqlamayıb. O, Almaniyanın Avropa İttifaqında Rusiyaya təzyiqi artırmaq üçün “güclü 19-cu sanksiyalar paketi”nin daha tez qəbul edilməsinə çalışacağını qeyd edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью