Almaniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

02.04.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Milli.Az xəbər verir ki, Prezident Frank-Valter Ştaynmayer Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью