Unikal.az saytına istinadən Icma.az xəbər verir. Rusiya prezidenti Vladimir Putin artıq Ukrayna münaqişəsində qalib gəlib, çünki amerikalıla
"Unikal" xəbər verir ki, bu barədə Münhen Bundesver Universitetinin beynəlxalq siyasət professoru Karlo Masala "Bild" qəzetinə müsahibəsində
"Putin bu müharibədə qalib gəldi. O, amerikalıların bu münaqişədən geri çəkilməsinə nail oldu", - deyə professor vurğulayıb.
Bundan əlavə, ekspert bildirib ki, Kiyev və Brüssel yalnız danışıqların nəticələrini qəbul etməli olacaqlar.
Xatırladaq ki, fevralın 12-də Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
İki lider arasında söhbət təxminən saat yarım davam edib. Prezidentlər razılaşıblar ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır.
Putin qeyd edib ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar.
Eyni zamanda, Rusiya lideri “münaqişənin əsas səbəblərini aradan qaldırmağın” tərəfdarı olduğunu bildirib və amerikalı həmkarının ABŞ və Rusiyanın birgə işləmək vaxtının yetişməsi tezisini dəstəkləyib.