Almaniya qızılını Amerikadan geri istəyir

24.01.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyada iqtisadçılar ölkənin qızıl ehtiyatlarının ABŞ-da saxlanılmasının artıq təhlükəli hesab edildiyini bildirirlər. Məsələ xüsusilə dəyişən geosiyasi vəziyyət və Vaşinqtonun qeyri-sabit siyasəti fonunda aktuallaşıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The Guardian" nəşri alman iqtisadçılarına istinadən məlumat yayıb.

Məlumata görə, Almaniya dünyada ABŞ-dən sonra ikinci ən böyük qızıl ehtiyatına malikdir. Bu ehtiyatların 1236 tonu – təxminən 164 milyard avro dəyərində olan hissəsi Nyu-Yorkdakı Federal Ehtiyat Sistemi (FED) anbarlarında saxlanılır. Əvvəllər bu məsələ əsasən sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası tərəfindən qaldırılırdı və qızılın “patriotik səbəblərlə” ölkəyə qaytarılması tələb edilirdi. Lakin indi bu çağırışlara nüfuzlu iqtisadçılar da qoşulub.

Almaniya Federal Bankının sabiq rəhbərlərindən biri Emanuel Mönx bildirib ki, mövcud geosiyasi şəraitdə bu qədər böyük qızıl ehtiyatının ABŞ-da saxlanılması risklidir: “ABŞ-dən daha böyük strateji müstəqillik naminə Bundesbank qızılın repatriasiyası məsələsini ciddi şəkildə nəzərdən keçirməlidir".

Avropa Vergiödəyiciləri Assosiasiyasının rəhbəri Mixael Yeger də eyni mövqeni bölüşür. Onun sözlərinə görə, Donald Trampın qeyri-proqnozlaşdırılan siyasəti Almaniyanın qızıl ehtiyatlarını təhlükə altına salır:

“Tramp hər şeyi qazanc naminə edir. Qrenlandiya ətrafında yaranan gərginlik davam edərsə, Bundesbankın öz qızılına çıxış imkanları daha da məhdudlaşa bilər. Bu səbəbdən ehtiyatlar mütləq Almaniyaya qaytarılmalıdır".(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью