Almaniya qoşun yığır: 2029 cü ilə qədər Rusiya…

13.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Almaniya silahlı qüvvələri 2029-cu ilə qədər tam döyüş hazırlığı vəziyyətinə gətirilməlidir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri alman qoşunlarının baş müfəttişi Karsten Breuer deyib.

Onun sözlərinə görə, hazırda əsas vəzifə alman ordusunun döyüş hazırlığını tez bir zamanda təmin etməkdir:

“Almaniya silahlı qüvvələrinin sayının 200 minə yaxın aktiv hərbi personala çatdırılmasına ehtiyac var. Orduda hazırda təxminən 100 min nəfər çatışmır və bu “boşluğu” doldurmaq lazımdır”.

Karsten bu hazırlıqların Almaniya və digər Avropa ölkələrinin Rusiya təhlükəsi ilə üzləşmək riski səbəbindən başladığını diqqətə çatdırıb.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью