Almaniya Rusiyadan gözlənilən təhlükəyə hazırlaşır

05.06.2025

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Almaniya ordusunun sayını 60 min əsgər artırmalıdır. Çünki NATO-ya üzv dövlətlər Rusiyadan gələn hərbi təhlükənin qarşısını almaq üçün müdafiə xərclərini artırmağa borcludurlar.
Reyting.az
“Bloomberg”-ə istinadla xəbər verir ki, bunu Almaniyanın Müdafiə naziri Boris Pistorius deyib.
Nazirin sözlərinə görə, müttəfiqlər yenidən silahlanma planı ilə bağlı razılığa gəldikdən sonra, Almaniya NATO-ya üzv 32 ölkə arasında ikinci ən böyük yükü öz üzərinə götürəcək.
Qeyd edək ki, ABŞ-nın Müdafiə naziri Pit Heqset ölkəsinin mövqeyini xatırladıb. Onun sözlərinə görə, müttəfiqlər ÜDM-nin 5 faizini öz silahlı qüvvələrinə xərcləməlidirlər.
Öz növbəsində Pistorius bildirib ki, Avropanın ən böyük iqtisadiyyatı “ağır işi” öz üzərinə götürəcək, bura yeni hərbi hissələrin formalaşdırılması və onların tam təchiz olunmasının təmin edilməsi daxildir. Qeyd olunur ki, Almaniyanın hazırda xidmətdə təxminən 182 min əsgəri var.
Öz növbəsində nazir vurğulayıb ki, əsl çəkindirici qüvvə sərt gücdür.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью