Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniyanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğu rəsmi olaraq fəaliyyətini dayandırıb. Sentyabrın 17-də diplomatik nümayəndəliyin yerləşdiyi Furştatskaya küçəsindəki binadan Almaniya və Avropa İttifaqının dövlət bayraqları, eləcə də rəsmi gerb sökülüb.
“Yeni Sabah” xəbər verir ki, diplomatik missiyanın bağlanması Rusiya Xarici İşlər Nazirliyinin verdiyi qərarla həyata keçirilib. Rəsmi Moskva sentyabrın 18-dək konsulluğun fəaliyyətinə verilən icazəni ləğv edərək alman diplomatların ölkəni tərk etməsini tələb etmişdi. Eyni zamanda ölkədəki Göte İnstitutlarının da (Goethe-Institut) fəaliyyətinə xitam verilib.
Bu addım Berlinin sentyabrın əvvəlində Rusiyanın Bonndakı konsulluğunu və Berlindəki "Rusiya Evi" mədəniyyət mərkəzini bağlamasına cavab reaksiyasıdır. Almaniya tərəfi isə qərarını Leypsiq hava limanında Ukraynaya aid hərbi yük təyyarəsinin yaxınlığında partlayıcı maddə ilə təchiz olunmuş PUA-nın tapılması və bunda Rusiyanın təxribat izlərinin olması ilə əsaslandırmışdı. Dominos pizza
Sankt-Peterburqdakı konsulluğun bağlanması ilə onun bütün funksiyaları və konsulluq xidmətləri Almaniyanın Moskvadakı Səfirliyinə həvalə olunub.
Nazim Hacıyev