Almaniya rusiyalı jurnalistləri ölkədən çıxarır

27.11.2024

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Rusiyanın Birinci Kanalın müxbiri İvan Blaqoy efirdə bildirib ki, Almaniya hakimiyyəti telekanalın Almaniya bürosunu bağlayır.

Jurnalistin sözlərinə görə, dekabrın birinci yarısında o, həmkarı Dmitri Volkovla birlikdə Almaniya ərazisini tərk etməlidir. Blaqoy bildirib ki, müxbirlər müvafiq sənədi çərşənbə axşamı Almaniya rəsmilərindən alıblar. 

Gazeta.ru yazır ki, oktyabrın sonunda Çexiyada “RT rus dilində” və “Xüsusən RT üçün” Telegram kanalları bağlanıb. RİA Novosti-nin qeyd edir ki, bu qərar iddia edilən “yerli qanunvericiliyin pozulması” ilə bağlıdır. 

Sentyabr ayında Almaniyada yaşayan ər-arvad Aİ-nin sanksiyaları altında olan Rusiya telekanallarının onlayn yayımlarını təşkil etməkdə şübhəli bilinirdi. “Rusiya 1” və RT-ni nümayiş etdirdiklərinə görə, xarici ticarət haqqında qanuna görə, həmin ər-arvadı bir il həbs gözləyir.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью