Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniya hüquq mühafizə orqanları Avropa İttifaqının sanksiyalarını pozaraq Rusiyanın müdafiə sənayesinə məhsul tədarük etməkdə şübhəli bilinən beş nəfəri saxlayıb.
APA xəbər verir ki, bu barədə “Reuters” Almaniya Federal Prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər Aİ-nin sanksiyalar siyahısına daxil edilmiş Rusiyanı azı 24 müdafiə şirkətinə malların ixracı məqsədilə cinayətkar qrup yaratmaqda ittiham olunur.
Almaniya, Ukrayna və Rusiya vətəndaşları olan şübhəlilərin Lübek şəhərində yerləşən bir şirkət və bir neçə “saxta” firma vasitəsilə Ukraynada müharibə başlayandan bəri Rusiyaya ümumilikdə təxminən 16 min göndəriş həyata keçirdiyi bildirilir. Bu tədarüklərin ümumi dəyəri ən azı 30 milyon avro olub.
Prokurorluğun açıqlamasında qeyd olunur ki, sözügedən tədarük şəbəkəsinin arxasında Rusiya dövlət qurumlarının dayandığı ehtimal edilir.