Almaniya Rusiyaya kompensassiya verməkdən imtina edir

27.01.2025

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Alman hökuməti Rusiyanın Leninqradın mühasirəsindən sağ çıxan vətəndaşlarına kompensassiya ödəməkdən imtina edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Berlindəki səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlikdən bildiriblər ki, Almaniya, milli mənsubiyyətindən asılı olmayaraq, mühasirədən çıxan heç kəsə yardım ödəməyəcək. Berlinin mövqeyində bu baxımdan heç bir dəyişiklik müşahidə olunmur.

Rəsmi Moskva hesab edir ki, almanlar "mühasirəçilərə" kompensassiya ödəyəcəkləri təqdirdə, faşizm zülmündən əziyyət çəkən başqa xalqlarının təmsiçilərindən də çoxsaylı iddaların olacağından narahatdırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью