Almaniya rusların gəmisini və neftini müsadirə etdi

21.03.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniya Rusiyanın kölgə donanmasına məxsus olan tankerini müsadirə edib.

Axar .az xəbər verir ki, bu barədə “Şpigel” yazıb.

Bildirilib ki, gəminin göyərtəsində təxminən 100 min ton neft olub. İndi isə onlar Almaniya Federativ Respublikasının mülkiyyətinə çevrilib.

Tanker Rusiyanın Ust-Luqa limanından Misirin Port-Said şəhərinə doğru hərəkət edirmiş. Panama bayrağı altında üzən “Eventin” adlı gəmi yanvar ayının ortalarında Baltik dənizində idarəetməni itirib. Bundan sonra onu üç alman gəmisi yedəyə götürüb. Ötən ayın sonunda isə “Eventin” Avropa Birliyinin sanksiyalar siyahısına daxil edilib və Rusiyanın kölgə donanmasının bir hissəsi kimi tanınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью