Almaniya seçkiləri: Mühafizəkarlar qalib gəlir

23.02.2025

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya kansleri Olaf Şolts bazar günü bildirib ki, rəhbərlik etdiyi Sosial Demokrat Partiyası seçkilərdə məğlub olub.

Şolts yoldaşlarına müraciətində "Bu, Sosial Demokrat Partiyası üçün acı seçki nəticəsidir, məğlubiyyətdir" deyib.

O, XDİ/XSİ alyansının lideri Fridrix Mertsi qələbə münasibətilə təbrik edib. Şolts, həmçinin hakimiyyətdəki ifrat sağçı qüvvələrə qarşı sərt çıxış edərək, “bunun baş verməsinə icazə verilə bilməz”,- deyə vurğulayıb.

ARD1 televiziya kanalının proqnozuna görə, XDİ/XSİ səslərin 29 faizini, Almaniya üçün Alternativ (AfD) isə 19,5 faiz səslə ikinci yerdə olacaq. Üçüncü yerdə 16% səs toplayan Sosial Demokrat Partiyasıdır. Onların arxasınca 13,5%-lə "Yaşıllar" gəlir.

Səslərin yekun hesablanmasından sonra qüvvələr nisbəti dəyişməzsə, XDİ/XSİ hökumət qurmaq hüququnu alacaq və Fridrix Merts ona rəhbərlik edəcək. Sonuncu miqrasiya siyasəti ilə bağlı fikir ayrılıqlarına görə koalisiya yaratmaq üçün AfD ilə danışıqları istisna edib.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью